Turan Mahmudov

Thoughts, stories and ideas.

Released under the terms of Creative Commons Attribution 4.0 International License

Powered by Ghost

React Native [aze]

2017 -ci ildə özüm üçün təyin etdiyim işlərdən biri React Native öyrənmək və tətbiq etməkdir. Həm daha yaxşı öyrənmək, həm də öyrənərkən təcrübəmi paylaşmaq üçün yazmağa qərar verdim. Beləliklə bloq üçün yazma bacarığımı da inkişaf etdirmiş oluram.

Qeyd:

  • Kod sətrlərinin başında $ gördükdə o sətrin bash (terminal, cli) əmri olduğunu bilirik;
  • node, nodejsnpm haqda məlumatlı olmayanlar, ümumiyyətlə package manager məntiqini bilməyənlər əvvəl gərək saydıqlarım haqda məlumat alsınlar;
  • Bu yazı seriyası dərslik deyil. Ətraflı məlumat və dərslik üçün React Native rəsmi saytına gedirik.

Başlarkən

React Native - Facebook tərəfindən kodlanan, iOS, Android və Ubuntu üçün Native tətbiqetmələr yaza biləcəyiniz bir JavaScript kitabxanasıdır.

Facebook bir-neçə il əvvəl React adında bir JS kitabxanası yaratmış, tətbiqetmələrində istifadə etməyə başlamışdı. Amma React - UI kimi HTML istifadə etdiyi üçün istifadəçilərdən neqativ rəylər almışdı.
Şəxsən mən də mobil tətbiqetmələr üçün HTML istifadə etməyin tərəfdarı deyiləm. Son illər ərzində də UI kimi HTML istifadə edən bir neçə layihənin (məsələn, Firefox OS) çöküşünü izlədik. Facebook da bunu görmüş olmalıdır ki, React üzərindən, Native UI və JS backend işlədən React Native adında açıq qaynaq layihə yaratdı.

Qurulum

Hər platformda fərqli yolla qurulduğu üçün qurulum haqda ətraflı yazmağa ehtiyac duymuram.
Mənim üçün qurulum saatlar aldı. Bəzən node, nodejs və npm versiyaları uyğun gəlmir, bəzən də package manager düzgün faylları çəkmirdi.
Ətraflı: https://facebook.github.io/react-native/docs/getting-started.html

İlk addım - qurulum testi

FirstProject adında yeni layihə yaradıram:

$ react-native init FirstProject

$ cd FirstProject

$ react-native run-ubuntu - mən Ubuntu istifadə etdiyim üçün run-ubuntu olur. Android üçün run-android və ya iOS üçün run-ios yazırıq.

... və boom!

React Native - First Project - 1

Əsas faylı redaktə etmək üçün index.ubuntu.js -i açmalıyam. Yenə də Android və iOS -a görə index.android.js və ya index.ios.js deyə dəyişə bilər.

Visa for Azerbaijan